Bu ilin ikinci Günəş tutulması başa çatıb
13 Avqust 2026 09:09   Paylaş

Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.

"Stabil.az" Bakı Dövlət Universitetinin Astrofizika kafedrasına istinadən xəbər verir ki, bu, tam Günəş tutulmasıdır. Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.

Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.

Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol