Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib
27 İyul 2026 16:48   27 Jul 2026 17:03 Paylaş

Cari ilin ikinci rübündə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz azdır.

"Stabil.az" SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabatına istinadla xəbər verir ki, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə təqribən 2,5 milyard kubmetr təşkil edib. Təbii qaz ixracında 0,5 faiz, istehlakında isə 4,9 faiz artım qeydə alınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol