Bu gün Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana daşınacaq
9 Mart 2026 11:30   Paylaş

Bu gün Biləcəri Dəmiryol Stansiyasından yola düşən 7 vaqonluq yük qatarı Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana aparacaq.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.

Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol