Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatı keçiriləcək
27 İyul 2026 10:22   Paylaş

Azərbaycanın 5 güləşçisi dünya çempionatında ilk qarşılaşmalarına çıxaraq mübarizəyə başlayacaq.

"Stabil.az" xəbər verir ki, ilk gündə xalça üzərinə yunan-Roma güləşçiləri çıxacaqlar.

Mübarizəyə təsnifat mərhələsindən Qurban Məcnunov (55 kiloqram), Orxan Həbibli (65 kiloqram), İsfahan Həsənov (80 kiloqram) və Emin Baxşəliyev (110 kiloqram) başlayacaq.

48 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Salmanov isə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol