Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
15 İyun 2026 12:16   Paylaş

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol