Bu gün Azərbaycandan Ermənistana 560 ton taxıl tranzitlə göndəriləcək
4 Fevral 2026 17:39   Paylaş

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.

"Stabil.az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən məlumat verib.

Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol