BTC kəməri ilə 6 ayda 96,9 milyon bareldən çox neft nəql edilib
Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Türkiyə ərazisindən 96,934 milyon barel neft nəql olunub.
"Stabil.az" bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 8,874 milyon barel və ya 8,4 % azdır.
Təkcə iyun ayında isə bu kəmər vasitəsilə 16,398 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 899 min barel və ya 5,2 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.
Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





