BTC ilə Türkiyə ərazisindən 8 ayda 127,893 milyon barel neft daşınıb
22 Sentyabr 2026 14:12   Paylaş

Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 127,893 milyon barel neft nəql edilib.

"Stabil.az" bu barədə Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 11,557 milyon barel və ya 8,3 % azdır.

Təkcə avqust ayında isə bu kəmər vasitəsilə 15,112 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin avqust ayı ilə müqayisədə 1,582 milyon barel və ya 9,5 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol