Britaniyalı atlet tarixi nəticəyə imza atdı
20 Fevral 2026 17:23   Paylaş

"World Athletics Indoor Tour Gold" seriyasında iştirak edən Britaniyalı atlet Kili Hockinson 800 metr məsafədə qısa trek üzrə yeni dünya rekordunu qırdı.

"Stabil.az" "World Athletics"in rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı olimpiya çempionu məsafəni 1:54.87 saniyəyə qət edib.

Tarixi nəticəyə imza atan idmançı sloveniyalı İolanda Çeplakın 2002-ci il martın 3-də müəyyən etdiyi əvvəlki rekordu 0,95 saniyə yeniləyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol