Britaniyada təyyarə qəzası: 2 nəfər ölüb
Böyük Britaniyanın Uels inzibati ərazisində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
"Stabil.az"ın polis açıqlamasına istinadən verdiyi məlumata görə, qəza Qvinedddə baş verib.
"Şimali Uels polisi İngiltərədəki aerodromdan qalxan yüngül mühərrikli təyyarənin təyin olunmuş vaxtda Karnarvon hava limanına çatmadığı barədə məlumat alıb", - hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir.
Qeyd olunur ki, aerodromdan təxminən 60 km məsafədə yerləşən çətin keçilən ərazidə başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki iki nəfərin meyitləri tapılıb.
Təyyarənin modeli və ölənlərin şəxsiyyətləri barədə əlavə məlumat açıqlanmır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





