Britaniya Ukraynanın müdafiəsinə əlavə raketlər və maliyyə yardımı ayırır
Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə ölkəyə əlavə 1000 ədəd çoxfunksiyalı raket göndərəcək.
"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində paylaşdığı bəyanatında bildirilib.
Məlumatda bildirilir ki, Ukraynaya göndəriləcək raketlər Belfastda istehsal olunan və müxtəlif platformalardan buraxıla bilən “Lightweight Multirole Missiles” tipinə aiddir.
Eyni zamanda, müdafiə naziri Con Hili öz “X” hesabında ölkənin hava müdafiəsini gücləndirmək üçün Ukraynaya əlavə 500 milyon funt sterlinq (təxminən 681,4 milyon dollar) məbləğində təcili vəsait ayrıldığını açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





