Britaniya minlərlə qanunsuz miqrantı Afrikaya göndərir
6 Fevral 2026 09:07   Paylaş

Böyük Britaniya Konqo Demokratik Respublikası, Anqola və Namibiya ilə qanunsuz miqrantların geri qaytarılması barədə razılığa gəlib. Razılaşmaya əsasən, bu ölkələr Böyük Britaniyada qanunsuz yaşayan minlərlə vətəndaşını geri qəbul edəcək.

"Stabil.az" "The Daily Telegraph" qəzetinə istinadla xəbər verir ki, sözügedən qərar Londonun həmin ölkələrə qarşı viza məhdudiyyətləri tətbiq edə biləcəyi ilə bağlı xəbərdarlığından sonra qəbul olunub.

Məlumata görə, Böyük Britaniyada məhkum edilmiş təxminən 4 min cinayətkarın bu ölkələrə deportasiyası planlaşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol