Britaniya hərbi dronlarında Çinə məlumat ötürülməsi aşkarlanıb
10 Avqust 2026 10:26   Paylaş

Böyük Britaniya hakimiyyəti Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatların kameralarından texniki məlumatların Çindəki IP ünvana ötürüldüyünü müəyyənləşdirib.

"Stabil.az" xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.

Söhbət Britaniyanın müdafiə podratçısı "Kraken Technology Group" tərəfindən təchiz edilən "K3 Scout" pilotsuz aparatlarından gedir. Aparatlar üçün kameralar əvvəllər avadanlığın təhlükəsizliyinə zəmanət verən üçüncü tərəf şirkətindən alınıb.

Kameralarda Çin istehsalı komponentlər aşkarlanıb. Yoxlama zamanı müəyyən edilib ki, qurğular Çinə sistemin vəziyyəti ilə bağlı siqnallar, yəni avadanlığın şəbəkəyə qoşulması və işlək vəziyyətdə olması barədə texniki məlumatlar ötürüb.

Məlumatların ötürüldüyü aşkarlandıqdan sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi aparatların internet bağlantısını kəsib.

Bununla belə, nazirliyin nümayəndəsi bildirib ki, araşdırma nəticəsində həssas və ya kritik əhəmiyyətli məlumatların xaricə sızmasına dair heç bir əlamət aşkar edilməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol