Brent markalı neftin qiyməti 97 dollar səviyyəsini ötüb
3 İyun 2026 13:39   Paylaş

Əmtəə bazarlarında neftin qiyməti 97 dollar həddini keçib.

“Stabil.az” birja məlumatlarına istinadən xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dolları artaraq bir barel üçün 94,98 dollara yüksəlib.

Londonun ICE birjasında avqust tədarüklü Brent markalı neftin qiyməti isə 1,14% və ya 1,09 ABŞ dolları artaraq 97,09 dollar təşkil edib.

Qiymət artımına ABŞ-İran gərginliyinin yenidən yüksəlməsi, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin davam etməsi və investorların mümkün təklif məhdudiyyətləri ilə bağlı narahatlıqları təsir göstərib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol