Bredli Barkola “Liverpul”la müqavilə şərtlərini razılaşdırıb
PSJ-nin və Fransa millisinin hücumçusu Bredli Barkola “Liverpul” klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda klublar 23 yaşlı futbolçunun transfer məbləği ilə bağlı danışıqları davam etdirirlər. İngiltərə təmsilçisi Barkola üçün 100 milyon avrodan bir qədər çox təklif edib. Lakin PSJ bu təklifdən imtina edib.
Fransa çempionu futbolçunun transfer qiymətini təxminən 170 milyon avro müəyyənləşdirdiyini bildirib.
Barkola 2023-cü ildən PSJ-nin formasını geyinir. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.
23 yaşlı hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 49 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





