Braziliyada sərnişin avtobusu yük maşını ilə toqquşub, ölənlər var
Braziliyanın Minas-Jerays ştatında avtobus və yük maşınının toqquşduğu yol qəzasında azı 8 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.
Məlumata görə, qəza Santa Kruz de Salinas bələdiyyəsi ərazisində federal magistral yolda baş verib. Güclü toqquşmadan sonra avtobus aşıb, hər iki nəqliyyat vasitəsində yanğın baş verib.
Regional yanğınsöndürmə xidməti bildirib ki, həlak olanların hamısı, o cümlədən bir körpə sərnişin avtobusunda olub. Yük maşınındakı şəxslər isə sağ qalıb.
Qəzanın səbəbi araşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




