Braziliya və Çin arasında səfərlər üçün vizasız rejim hazırlanır
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin Çin vətəndaşlarını müəyyən kateqoriyalı qısamüddətli səfərlər üçün viza tələbindən azad edəcəyini açıqlayıb.
"Stabil.az"ın Çin mediasına istinadla verdiyi məlumata görə, bu qərar Braziliya və Çin arasındakı əməkdaşlığın dərinləşdirilməsi, insanlar arasında mübadilənin asanlaşdırılması və ikitərəfli əlaqələrin təşviqi məqsədilə qəbul olunub.
Yeni qaydaya əsasən, biznes, turizm, akademik mübadilə və ailə üzvlərini ziyarət məqsədilə səyahət edən Çin vətəndaşları Braziliyada 30 günədək qala biləcəklər.
Braziliya hökuməti vizasız rejimin tətbiq tarixi barədə yaxın vaxtlarda əlavə məlumat verəcəyini bildirib.
Qeyd edək ki, ötən ildən etibarən Çin Braziliya vətəndaşları üçün vizasız rejim tətbiq edir. 2025-ci ildə təxminən 100 min çinli turist Braziliyaya səyahət edib. Hələlik Braziliyanın Çin turizm bazarındakı payı 0,05 faiz təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





