Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Horovlu kəndinə yeni köç karvanı göndərildi
25 Fevral 2026 10:19   Paylaş

Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir və respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülür.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, 115 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol