Böyük Qayıdış çərçivəsində Ağdama növbəti 90 ailə köçürülüb
Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı davam edir.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 90 ailə - 346 nəfər köçürülüb.
Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





