Böyük Mərdəkan qəsrində yağışlar səbəbindən çökmə baş verib
13 Aprel 2026 20:46   Paylaş

Son günlər yağan intensiv yağışların təsiri ilə Böyük Mərdəkan qəsrinin dam və mərtəbələrarası döşəmə hissələrində çökmə halları qeydə alınıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Bildirilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol