Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq istefa verib
14 May 2026 20:16   Paylaş

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq istefa verib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Sky news" telekanalı məlumat yayıb.

O, Britaniyanın Baş naziri Kir Starmerə məktub ünvanlayıb. Məktubda yazılıb ki, yerli seçkilərin nəticələri mövcud rəhbərliyin Leyboristlər Partiyasını növbəti parlament seçkilərinə apara bilməyəcəyini göstərib.

U.Stritinq həmçinin qeyd edib ki, səhiyyə sahəsindəki uğurlar onun öz postunda qalması üçün əsaslı səbəblər olsa da, yenə də istefa vermək qərarına gəlib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol