Böyük Britaniyada ekstremal istilərlə bağlı hökumətin fövqəladə iclası olacaq
Ölkədə hökm sürən ekstremal istilər, meşə yanğınları və genişmiqyaslı quraqlıqla əlaqədar hökumətin fövqəladə vəziyyətlər üzrə komitəsinin (COBRA) iclasına Baş nazir Endi Börnhem rəhbərlik edəcək.
"Stabil.az" “The Independent”ə istinadla xəbər verir ki, bu, COBRA-nın cari ildə yüksək temperaturla əlaqədar keçirilən ikinci iclasıdır. Bundan əvvəl iyun ayında müşahidə olunan istilər zamanı da komitənin iclası keçirilib. Bu gün ölkədə havanın temperaturunun 33, sabah isə bəzi ərazilərdə 38 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Baş nazirin ofisinin nümayəndəsi bildirib ki, hökumət isti hava şəraitinin yanğınsöndürənlərə, fermerlərə və Milli Səhiyyə Xidmətinin əməkdaşlarına göstərdiyi təsiri nəzərə alır.
Avqustun 11-də yanğınsöndürənlərin həmkarlar ittifaqının rəhbərlərindən biri ölkə ərazisində davam edən meşə yanğınları fonunda Böyük Britaniyanın milli fövqəladə vəziyyətlə üzləşdiyi barədə xəbərdarlıq edib. “Southern Water” şirkəti isə quraqlıqla əlaqədar xüsusi məhdudiyyətlərin tətbiq olunması üçün müraciət edib. Məhdudiyyətlər qüvvəyə minərsə, qeyri-məişət məqsədli üzgüçülük hovuzlarının su ilə doldurulması qadağan olunacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





