Böyük Britaniyada Çinə casusluq şübhəsi ilə üç nəfər həbs edilib
Çin kəşfiyyatına casusluqda şübhəli bilinən üç şəxs Böyük Britaniyada saxlanılıb.
"Stabil.az" BBC-yə istinadla xəbər verir ki, bu barədə London Metropoliten Polisi məlumat yayıb.
Bildirilib ki, yaşı 39, 43 və 68 olan üç kişi İngiltərə və Uelsdə keçirilən əməliyyat zamanı tutulub.
Saxlanılan şəxslərin saxlanıldıqları ünvanlarda axtarış həyata keçirilib, istintaq davam edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





