Böyük Britaniyada çayların və su anbarlarının su səviyyəsi kəskin azalıb
11 Avqust 2026 20:49   Paylaş

Böyük Britaniyada çayların cəmi 14 faizində su səviyyəsi təhlükəsizlik standartlarına cavab verəcək həddədir.

"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilib ki, uzun müddət davam edən isti hava və yağışın yağmaması səbəbindən Böyük Britaniyada çayların 22 faizində suyun səviyyəsi son dərəcə aşağıdır. Bəzi çaylarda suyun temperaturu 27-28 dərəcəyə yüksəlib ki, bu da normadan 2 dərəcə çoxdur.

Su anbarlarının səviyyəsi isə 69 faizə düşüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol