Böyük Britaniya və Avropada qaz qiymətləri kəskin yüksəlib
Avropa İttifaqında olduğu kimi, Böyük Britaniyada da fevralın ilk günlərindən təbii qazın qiyməti bahalaşıb. Yanvar ayında Britaniyada qazın qiyməti 40 faiz artıb.
"Stabil.az" xəbər verir ki, “Panmure Liberum” investisiya bankının analitiki Eşli Kleti “The Times”a müsahibəsində bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropa Rusiyadan qaz almağı dayandıraraq ABŞ-dan sıxılmış maye qaz (LNG) idxal etməyə başlayıb. Lakin Şimali Amerikada qış mövsümünün soyuq keçməsi və bəzi ştatlarda normadan artıq qar yağıb hasilatın azalması Avropaya ixrac olunan qazın həcmində azalmaya səbəb olub.
Hazırda Avropanın qaz anbarlarında yalnız 30 faiz ehtiyat qalıb ki, bu da həm təbii, həm maye, həm də LNG-nin qiymətinin yüksəlməsinə səbəb olub. Analitik bildirir ki, fevral ayında da qiymət artımı davam edəcək və anbarlarda ehtiyat 20 faizə enən kimi yeni dalğa başlayacaq.
“Wood Mackenzie” konsaltinq şirkətinin eksperti Tom Marzek-Manser isə deyib ki, həm Britaniya, həm də Avropa ölkələri qaz təminatını şaxələndirməyərək Rusiyadan asılı vəziyyətə düşüblər. Hazırda risklərdən biri ABŞ ilə İran arasındakı gərginliyin Körfəz bölgəsinə sirayət etməsidir. Hörmüz boğazı bağlanarsa, Qətərdən LNG-nin Avropaya nəqli çətinləşəcək və bunun nəticəsində elektrik enerjisi təminatında kəsintilər baş verə bilər.
Eyni zamanda, 2027-ci ilin yanvarın 1-dən Avropa İttifaqının Rusiya qazından tam imtina qərarı ilə bağlı Slovakiya və Macarıstan Avropa Məhkəməsinə müraciət edəcəklər. Slovakiyanın Baş naziri Robert Fitso bu qərarı “axmaqlıq” adlandırıb və ölkəsinin bu qərara əməl etməyəcəyini bildirib.
Məsələ bundadır ki, Slovakiya ilə Rusiya arasında “Qazprom”la 2034-cü ilə kimi təbii qaz tədarükünü nəzərdə tutan müqavilə mövcuddur. Müqavilənin pozulması halında pozan tərəf 16 milyard dollar cərimə ödəməlidir. Hazırda Slovakiyanın 30 faiz ərazisi Türkiyə vasitəsilə Rusiyadan ixrac olunan qazla təmin edilir.
Ümumilikdə, Avropanın qaz təminatı hazırda ciddi gərginliklə üzləşib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





