Böyük Britaniya uşaqların sosial mediadan istifadəsinə məhdudiyyət qoymağı nəzərdən keçirir
Böyük Britaniya hökuməti uşaqlar və yeniyetmələrin sosial mediadan istifadəsini məhdudlaşdırmaq, həmçinin məktəblərdə smartfon qadağalarının tətbiqini sərtləşdirmək məqsədilə məsləhətləşmələr aparacağını bildirib.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmer 16 yaşdan aşağı uşaqların və yeniyetmələrin sosial media istifadəsinin qadağan olunması imkanını nəzərdən keçirir.
Qeyd olunub ki, hökumət uşaqların rifahının qorunması və daha təhlükəsiz onlayn mühitin yaradılması məqsədilə sosial media istifadəsi ilə bağlı müzakirələrə başlayacaq, eyni zamanda məktəblərdə mobil telefonlardan istifadəyə dair qadağaların icrasını gücləndirəcək.
Səlahiyyətli qurumlar sosial mediadan istifadə üçün minimum yaş həddinin müəyyən edilməsi məsələsini müzakirə edəcək, bu cür məhdudiyyətləri artıq tətbiq etmiş ölkələrin təcrübəsini araşdıracaq, həmçinin yetkinlik yaşına çatmayanlar üçün uyğun olmayan məzmuna nəzarətin gücləndirilməsi və sosial mediadan həddindən artıq istifadənin qarşısının alınması yollarını dəyərləndirəcəklər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




