Böyük Britaniya qırıcıları NATO missiyası üçün Rumıniyada yerləşdirilib
30 May 2026 14:10   Paylaş

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları NATO-nun patrul missiyalarının icrası məqsədilə Rumıniya ərazisinə göndərilib.

"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Böyük Britaniya Rusiya dronu ilə bağlı baş verən insidentlə əlaqədar Rumıniyaya əlavə döyüş təyyarələrinin göndərilməsi variantını da nəzərdən keçirir.

“Əgər ehtiyac yaranarsa, NATO Baş katibi ilə qarşılıqlı fəaliyyət göstərmək niyyətindəyik", - deyə Con Hili bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol