Böyük Britaniya İrandakı səfirliyinin əməkdaşlarını geri çağırıb
Böyük Britaniya hökuməti bölgədə artan gərginlik səbəbindən İrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq geri çağırmaq qərarı verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayımlanıb.
Bildirilib ki, Böyük Britaniyanın Tehrandakı səfirliyi fəaliyyətini uzaqdan davam etdirəcək. Hökumət qərarın bölgədə davam edən təhlükəsizlik riskləri ilə əlaqədar qəbul olunduğunu açıqlayıb.
Bu addım Yəməndə İranın dəstəklədiyi husi qruplaşmasının Səudiyyə Ərəbistanının sahilləri yaxınlığında 2 neft tankerinə hücum etməsindən sonra atılıb. Hücumların Qırmızı dənizdə gəmiçiliyə və qlobal enerji tədarükünə əlavə təzyiq göstərə biləcəyi vurğulanıb.
Husilər Əl-Şuqayq limanından təxminən 70 dəniz mili cənub-qərbdə 2 gəmiyə hücum olunduğunu bildirib və həmin gəmilərin dəniz blokadasını pozduğunu iddia ediblər. Səudiyyə Ərəbistanının SPA agentliyinin məlumatına görə, hücum nəticəsində tankerlərdən birinin ön hissəsində yanğın baş verib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





