Böyük Britaniya Baş nazirinin istefası müzakirə olunur
Böyük Britaniyanın Baş naziri Kir Starmerin yaxın bir həftə ərzində istefa verməyə məcbur qala biləcəyi bildirilir.
"Stabil.az" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hakim Leyboristlər Partiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu cür müzakirələr amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələndirilən Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin olunması ətrafında yaranmış qalmaqalla bağlıdır. Sözügedən qalmaqal artıq bazar günü Böyük Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksuininin istefası ilə nəticələnib.
“Bloomberg” yazır ki, Leyboristlər Partiyasından olan bir neçə millət vəkili Mandelsonun səfir təyinatına baxmayaraq, Kir Starmerin hələ də vəzifədə qalmasına təəccübləndiklərini gizlətməyiblər.
Agentliyin məlumatına görə, Dauninq küçəsi, 10 ünvanında çalışan bəzi əməkdaşlar hökumət üzvləri ilə gizli şəkildə əlaqə saxlayaraq Baş naziri istefaya razı salmağa və ya onu istefaya məcbur edəcək addımlar atmağa çalışırlar.
Nazirlərdən birinin müşavirinin sözlərinə əsasən, Kir Starmerin növbəti həftə vəzifədə qalma ehtimalı “50-yə 50” qiymətləndirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





