Boliviyada hərbi təyyarə magistral yola düşüb: 15 nəfər həyatını itirib
El-Alto şəhərində Hərbi Hava Qüvvələrinə məxsus pul daşıyan təyyarənin magistral yola düşməsi 15 nəfərin ölümü və 12 nəfərin yaralanması ilə nəticələnib.
"Stabil.az" xəbər verir ki, bu barədə "Unitel" telekanalı məlumat yayıb.
Qəza nəticəsində ekipaj üzvlərinin hamısı həyatını itirib. Hadisə yerində həkimlər və xilasedicilər işlərini davam etdirirlər.
"C-130 Hercules" tipli təyyarə yerə düşərkən bir neçə avtomobillə toqquşub. İlkin məlumata görə, hava gəmisi Boliviyanın Mərkəzi Bankının sifarişi ilə pul vəsaiti daşıyırmış.
Qəza yerinin ətrafına toplaşan çoxsaylı insanlar ətrafa səpələnmiş əskinasları toplamağa çalışıblar.
Hadisənin səbəbləri araşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





