BMT: 1,4 milyon suriyalı qaçqın ölkəsinə qayıdıb
İndiyədək 1,4 milyon suriyalı qaçqın öz ölkəsinə geri dönüb, daha çox suriyalı isə qayıtmaq niyyətindədir. Eyni zamanda, ölkə daxilində köçkün düşən təxminən iki milyon sakin də öz yurdlarına qayıdıb.
"Stabil.az"ın SANA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı sözçüsü Selin Şmitt jurnalistlərə açıqlamasında bildirib. “Vətəndaşların qaçqın düşməsinə gətirib çıxaran səbəblər artıq aradan qaldırılıb”, – deyə o vurğulayıb.
Komissarlıq qayıdan qaçqınlara imkanları daxilində dəstək göstərir. Suriyada 79 icma mərkəzi fəaliyyət göstərir ki, burada mülki sənədlərlə bağlı məsləhətlər verilir, psixoloji yardım göstərilir və qayıdanlara sığınacaq təmin olunur.
Hələbdə vəziyyətə də toxunan sözçü bildirib ki, təxminən 100 min köçkün arasında 80 faiz vilayətə geri dönüb. Şimal-şərq Suriyadan olan bir hissə isə çadırlarda məskunlaşıb və Komissarlıq onlara mümkün dəstəyi göstərir, çadırlarla təmin edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





