“Bitcoin” yenidən 80 min dollar həddini keçib
9 May 2026 15:32   Paylaş

Son sutkada kriptovalyuta bazarında əsas aktivlərin dəyəri artıb, ümumi bazar kapitallaşması isə 1,41 faiz artaraq 2,69 trilyon ABŞ dolları olub.

“Stabil.az” xəbər verir ki, “CoinMarketCap”də bazarın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti son 24 saatda 0,88% artaraq 80 440 ABŞ dolları olub. “Bitcoin”in bazar kapitallaşması 1,61 trilyon dollar təşkil edib.

Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti 1,48% artaraq 2 316 ABŞ dollarına yüksəlib. “Ethereum”un bazar dəyəri 279,6 milyard dollar olub.

İlk beşlikdə yer alan BNB-nin qiyməti 1,87% artaraq 651,5 dollara çatıb.

Bundan başqa, “Monero”nun qiyməti 4,31%, “Bittensor”un qiyməti 2,48%, “CoinMarketCap 20 Index” isə 1,74% artıb.

Bununla belə, qızıla bağlı tokenlərdən “PAX Gold”un qiyməti 0,17% azalaraq 4 706,6 dollar, “Tether Gold”un qiyməti isə 0,24% azalaraq 4 700,7 dollar olub.

Analitiklərə görə, kriptovalyuta bazarında artıma ABŞ-Çin ticarət danışıqları ilə bağlı optimizmin güclənməsi, riskli aktivlərə tələbin artması və institusional investorların “Bitcoin” və “Ethereum”a marağının davam etməsi dəstək verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol