"Bitcoin" bahalaşaraq 66 min dollara yaxınlaşıb
Kriptovalyuta bazarında müşahidə olunan artım fonunda “Bitcoin”in qiyməti 66 min dollara yaxınlaşmış, ümumi kapitallaşma isə 1,75% yüksələrək 2,24 trilyon dollara çatıb.
“Stabil.az” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in (BTC) qiyməti 1,95% artaraq 65 610 dollara, “Ethereum”un (ETH) qiyməti 2,25% yüksələrək 1 715,92 dollara çatıb. BNB tokeni isə 1,17% bahalaşaraq 616,21 dollardan ticarət olunub.
Qızıl əsaslı rəqəmsal aktivlərdə də yüksəliş qeydə alınıb. Belə ki, PAX Gold (PAXG) son sutkada 2,26% artaraq 4 319,93 dollara, Tether Gold (XAUt) isə 2,28% bahalaşaraq 4 308,24 dollara yüksəlib.
Bazarın ən çox bahalaşan aktivləri sırasında Zcash (ZEC) yer alıb. Tokenin qiyməti son 24 saatda 14,46%, son yeddi gündə isə 13,2% artıb. Süni intellekt tematik kriptovalyutalardan Bittensor (TAO) isə həftəlik müqayisədə 30,26% yüksəliş göstərib.
Ekspertlər hesab edir ki, kriptovalyuta və qızıl əsaslı tokenlərdə müşahidə olunan bahalaşma investorların risk iştahasının artması, faiz endirimi gözləntiləri və geosiyasi risklərlə bağlıdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





