Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı beynəlxalq konfrans təşkil olunacaq
27–28 fevral 2026-cı il tarixlərində Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsində yerləşən Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
"Stabil.az" bu barədə AMEA-ya istinadən məlumat yayıb.
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gələcək tanınmış elm adamlarının məruzələri dinləniləcək.
Beynəlxalq elmi konfransın iştirakçılarının Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri nəzərdə tutulur.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfransın iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin I Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında”kı ötən il oktyabrın 22-də Sərəncam imzalayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





