Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rafiq Hüseynov Lökbatanda dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş Rafiq Hüseyn oğlu Hüseynovun qalıqları ailəsinə təhvil verilərək Lökbatanda torpağa tapşırılıb.
"Stabil.az" APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Daha sonra şəhidin qalıqları Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. 1992-ci ildə 1-ci Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





