Birinci Aİ-Ermənistan sammiti mayda İrəvanda keçiriləcək
Birinci Avropa İttifaqı-Ermənistan sammiti bu ilin mayında İrəvanda keçiriləcək.
“Stabil.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosla görüşündə danışıqların yekunlarını açıqlayıb.
Məlumatda bildirilir ki, mayda keçiriləcək sammitin gündəliyi və yüksək səviyyəli səfərlər ətraflı müzakirə olunub. Tərəflər nəzərəçarpan nəticələrin təmin edilməsi üçün təşəbbüslərin reallaşdırılmasına hazır olduqlarını vurğulayıblar.
Görüş zamanı Mirzoyan Avropa Sülh Fondu çərçivəsində Ermənistana ayrılan 20 milyon avro yardımdan məmnunluğunu ifadə edib. O həmçinin Ermənistanla Azərbaycan arasında sülh sazişi kontekstində regional nəqliyyat və infrastruktur layihələrinin inkişafı, demokratik islahatların və dayanıqlılığın gücləndirilməsi üzrə aparılan işləri müzakirə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





