Bəzi bölgələrdə külək güclənəcək – sarı xəbərdarlıq
Yanvarın 28-də bəzi bölgələrdə güclü külək şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
"Stabil.az"ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən və Qobustan rayonlarında qərb küləyinin əsəcəyini bildirir. Küləyin sürəti 13.9–20.7 m/sanata çatacaq.
Meteoroloqlar əhaliyə küləkli hava şəraitinə diqqət yetirməyi və ehtiyat tədbirləri görməyi tövsiyə edirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





