"Stabil.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ruad Yaşar oğlu Məmmədov və Xəyal Rasim oğlu Əsgərovun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunduğundan barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Eyni zamanda, Yasamal Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zaur Əyyub oğlu Əyyubov məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Haqqımızda
Əlaqə





