"Betis" Fran Qarsiyanın transferini başa çatdırmaq üzrədir
"Real"ın sol müdafiəçisi Fran Qarsiyanın karyerasını İspaniyanın "Betis" klubunda davam etdirməyə yaxın olduğu bildirilir.
"Stabil.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, "Betis" 26 yaşlı futbolçunun transferini 4 milyon avroya razılaşdırıb. Eyni zamanda, "Real" oyunçunun növbəti satışından əldə ediləcək məbləğin 50 %-ni alacaq.
F.Qarsiya artıq keçidə razılıq verib və yaxın zamanda tibbi müayinədən keçəcək. O, 2025/2026 mövsümündə bütün turnirlərdə "Real"ın heyətində 23 matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





