Bernardo Silva “Real Madrid”ə transfer olunub
17 İyun 2026 16:13   Paylaş

“Real Madrid” portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva ilə iki illik müqavilə imzaladığını elan edib.

"Stabil.az" xəbər verir ki, bu barədə “Real Madrid” klubu açıqlama yayıb.

31 yaşlı futbolçu azad agent kimi İspaniya klubuna transfer olunub.

Qeyd edək ki, o, karyerasının son doqquz ilini “Mançester Siti”də keçirib. Silva hazırda Portuqaliya millisi ilə dünya çempionatında iştirak edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol