Berlin hava limanı buzlu yağış səbəbindən fəaliyyətini dayandırıb
Almaniyada “Berlin-Brandenburq” hava limanı buzlu yağış səbəbindən qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb.
“Stabil.az” xəbər verir ki, məlumatı “Der Tagesspiegel” nəşri Berlin hava limanının mətbuat xidmətinə istinadən yayıb.
Hava şəraiti təyyarələrin donunun açılmasını çətinləşdirdiyindən uçuşlar müvəqqəti dayandırılıb, lakin təyyarələr hələ də hava limanına enə bilir.
Almaniyanın Meteorologiya Xidməti ölkə paytaxtında əlverişsiz hava şəraitinin yüksək riski barədə xəbərdarlıq edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





