Benyamin Netanyahunun ABŞ səfəri təxirə salınıb
16 İyul 2026 14:43   Paylaş

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə nəzərdə tutulan səfəri təxirə salınıb.

"Stabil.az" “Ynet”ə istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Buna səbəb kimi ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasiminin təxirə salınması və ayın sonuna keçirilməsidir.

Netanyahu bundan əvvəl şənbə günü axşam Lindsi Qrehemin dəfn mərasimində iştirak etmək və ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona uçmalı idi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol