Belçikanın Bakıdakı səfirliyi İranın Naxçıvana hücumlarını qınayıb
Belçikanın Bakıdakı səfirliyi İranın Naxçıvan Muxtar Respublikasına qarşı törətdiyi hücumları sərt şəkildə pisləyib.
"Stabil.az" xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Səfirlik Naxçıvan Muxtar Respublikasına edilən hücumlardan (İran tərəfindən - red.) sonra Azərbaycanla tam həmrəyliyini ifadə edir. Mülki şəxsləri təhlükə altına alan və Azərbaycanın suverenliyini, eləcə də beynəlxalq hüququ pozan bu hücumları qətiyyətlə pisləyirik. Zərərçəkənlərin isə tezliklə sağalmasını diləyirik", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





