Belçikada məktəb avtobusu qatarla toqquşub, ölənlər var
Belçikanın Buqqenhaut şəhərində məktəb avtobusunun qatarla toqquşması nəticəsində 4 nəfər, o cümlədən 2 uşaq həyatını itirib.
"Stabil.az" xəbər verir ki, bu barədə RTBF portalı məlumat yayıb.
Yol-nəqliyyat hadisəsinin başvermə şəraiti araşdırılır.
"Müşahidə kameraları göstərir ki, svetoforda qırmızı işıq yanırmış və şlaqbaum endirilmiş vəziyyətdə imiş. Qatarın maşinisti də təcili tormozlamadan istifadə edib, lakin toqquşmanın qarşısını almaq mümkün olmayıb", - "Infrabel" (dəmiryolu operatoru) şirkətindən bildirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





