Belçikada istilər 1222 nəfərin həyatına son qoyub
Belçika hökuməti bu il iyunun 18-29-da 1222 nəfərin ölümü ilə nəticələnən güclü istilik dalğasına qarşı lazımi tədbirlər görməməkdə ittiham edilib.
"Stabil.az" yerli mediaya istinadla xəbər verir ki, ittihamları Sosialist Partiyasının sədri Pol Manyet səsləndirib.
O, hökumətin “iqlim və ictimai səhiyyə fövqəladə vəziyyətinə” reaksiya verməməsini “letargiya” adlandıraraq, vətəndaşların talelərinin öz öhdələrinə buraxıldığını bildirib. Manyet, həmçinin növbəti istilik dalğalarının proqnozlaşdırıldığını xatırladaraq, hökumətdən təcili tədbirlər görməyi tələb edib.
Bildirək ki, qeyd olunan dövrdə Belçikada 1222 əlavə ölüm halı qeydə alınıb ki, bu da 2020-ci ildəki COVID-19-un ilk dalğasından bəri ən yüksək göstəricidir. Rəsmi məlumata görə, ölənlərin 530-u yaşı 85-dən çox olanlardır. Bu sırada yaşı 65-dən az olanların sayı isə 180-ə çatıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





