Belçika klubu Astana hava limanında 5 saat gözləyib
21 Yanvar 2026 18:55   Paylaş

UEFA Çempionlar Liqasının əsas mərhələsində Qazaxıstanın "Kayrat" komandası ilə oyun üçün Astanaya səfər edən Belçikanın "Brügge" klubu matçdan sonra hava limanında problemlə üzləşib.

“Stabil.az” xəbər verir ki, “Het Laatste Nieuws” nəşrinə istinadən, Belçika komandası təyyarələrinin mühərriklərinin donması səbəbindən havaya qalxa bilməyib.

Komanda bu səbəbdən hava limanında təxminən 5 saat gözləməli olub.

Qeyd edək ki, “Kayrat” – “Brügge” matçı qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol