Belçika 2029-cu ilədək Ukraynaya 53 ədəd F-16 qırıcısı göndərəcək
9 May 2026 14:57   Paylaş

Belçikanın müdafiə naziri Teo Franken ölkəsinin 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırdığını açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Le Vif" nəşri Belçika Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, plan üzrə ilk yeddi təyyarə bu il ərzində Ukraynaya göndərilməlidir.

Qeyd edilir ki, əvvəlki hökumət Ukrayna Prezidenti Volodimir Zelenskiyə ilk iki təyyarənin 2024-cü ildə veriləcəyini vəd etsə də, Belçika indiyədək Kiyevə heç bir F-16 təhvil verməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol