“Belavia” aviaşirkəti Dubaydan ilk təxliyə reysini həyata keçirib
4 Mart 2026 11:45   Paylaş

“Belavia” Dubaydan ilk təxliyə uçuşunu yerinə yetirərək fevralın 28-nə bileti olan sərnişinləri martın 4-də Minskə gətirib.

"Stabil.az" Belarusun “Belta” agentliyinə istinadla xəbər verir ki, “Boeing 737-800” tipli təyyarənin göyərtəsində 189 sərnişin olub. Uçuş təhlükəsizlik məqsədilə riskli ərazilərdən yan keçərək, Aktauda yanacaqdoldurma dayanacağı etməklə icra olunub.

Bildirilib ki, martın 4-ü və 5-də daha bir neçə təxliyə uçuşunun keçirilməsi planlaşdırılır. Uçuşlar Belarus Xarici İşlər Nazirliyi, səfirliklər və tur operatorları ilə əməkdaşlıq çərçivəsində təhlükəsiz şəkildə həyata keçirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol