Belarus və Şimali Koreya arasında dostluq sazişi imzalanıb
26 Mart 2026 15:37   Paylaş

Belarus Prezidenti Aleksandr Lukaşenko və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında dostluq və əməkdaşlıq barədə sazişə imza atıblar.

"Stabil.az" xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, sənəddə tərəflərin qarşılıqlı fəaliyyətinin məqsədləri, prinsipləri "aydın və açıq şəkildə" ifadə olunub, gələcək qarşılıqlı faydalı proseslərin institusional çərçivələri müəyyən edilib.

Qeyd edək ki, A.Lukaşenko Şimali Koreyada rəsmi səfərdədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol