Bəhreyn ordusu ölkə ərazisini hədəf alan raket və PUA hücumunun qarşısını alıb
Bəhreyn ərazisi üç raket və bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb, lakin onlar zərərsizləşdirilib.
"Stabil.az" Bəhreynin Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatına istinadla xəbər verir ki, ölkəni hədəfə alan raket və PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.
Bəyanatda ölkə sakinləri hücumların nəticəsində yaranmış qalıqlara, şübhəli əşyalara yaxınlaşmamağa çağırılıb. Bildirilib ki, belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verilməlidir.
Baş Komandanlıq, həmçinin bildirib ki, mülki obyektlərin və şəxsi mülkiyyətin hədəfə alınması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika Birləşmiş Ştatlarının son hücumlarına cavab olaraq Yaxın Şərqdəki bəzi hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





